İQTİSADİYYAT


Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs öz səhmlərindən əldə etdiyi gəlirdən vergi ödəməlidir

Bakı, 30 noyabr, Ramiz Quliyev, AZƏRTAC

Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə satdığı halda hansı vergi öhdəlikləri yaranır?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsindən ƏDV tutulmur.

Bununla yanaşı, sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə təqdim etməsi zamanı əldə olunan gəlirlərindən sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.