İQTİSADİYYAT


“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almayanlar cərimə olunurlar

Bakı, 23 aprel, AZƏRTAC 

Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan vergiödəyiciləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almalıdır.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, sözügedən vergiödəyicilərinə fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər, fərdi qaydada bərbər, dərzi və digər fəaliyyətlə məşğul olan şəxslər aiddir.

Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergiödəyicisinə aşağıdakı maliyyə sanksiyası tətbiq edilir:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.