MƏDƏNİYYƏT


Sadıq Elcanlının yeni kitabı işıq üzü görüb

Bakı, 20 sentyabr, AZƏRTAC

Yazıçı-publisist, Əməkdar Jurnalist Sadıq Elcanlının “Sirli söz qapısı” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab Xalq Yazıçısı Elçinin “Sadıq Elcanlı haqqında qısa dost sözü” adlı “Ön söz”ü ilə başlanır.

“Ön söz”də Xalq Yazıçısı yazır: “Sadıq Elcanlının nəsri realist bir nəsrdir, onun hekayə, povest və romanlarında həyatın realist təsviri əsas yer tutur, ancaq bəzən onun istedadı və düşüncələri, onun bədii təxəyyülü realizm çərçivəsinə sığışmır, o, fantastikaya, mifologiyaya müraciət edir. Ancaq bu zaman söhbət mücərrəd mifik bir aləmdən getmir, çünki bütün bunlar realist yazıçının həyatda, real gerçəklikdə gördüklərinin bədii estetik inikası, yəni onun dediyim həmin bədii təfəkkürünün ifadəsidir”.

“Sirli söz qapısı” kitabında müəllifin son illərdə mətbuatda çap etdirdiyi hekayələri, esseləri, ədəbi-tənqidi və publisistik yazıları, eləcə də görkəmli elm və sənət adamlarının onun haqqında müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri toplanıb.

Kitabın ilk bölümündə S.Elcanlının mətbuatda işıq üzü görən, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Yeni hekayələr” silsiləsi təqdim olunur. Daha sonra kitabda müəllifin esseləri, məqalələri yer alıb. Həmçinin nəşrdə müasirlərinin yazıçı haqqında fikirləri və mətbuatda onun haqqında dərc edilən məqalələr toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.