ELM VƏ TƏHSİL


Sadiq Hacılı: Prezident təqaüdünə layiq görüldüyüm üçün həm sevinirəm, həm də çox həyəcanlıyam

Bakı, 10 sentyabr, AZƏRTAC

Ali məktəbə qəbul imtahanlarında 692 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsinə qəbul oldum və göstərdiyim bu yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görüldüm. Ölkə rəhbərinin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 9 sentyabr tarixli Sərəncamı bizim ali təhsil almağımıza və biliyimizi daha da zənginləşdirməyimizə böyük stimuldur. Bu təqaüdün biz gənclərə verilməsi dövlətimizin gənclərə göstərdiyi qayğı və etimadın böyük göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU-nun hüquqşünaslıq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdünə layiq görülən Sadiq Hacılı söyləyib. O deyib: “Prezident təqaüdünə layiq görüldüyüm üçün həm sevinirəm, həm də çox həyəcanlıyam. Bunun üçün ölkə rəhbərinə minnətdarlığımı bildirirəm. Bu, illərlə çəkdiyim zəhmətin, çox çalışmağımın bəhrəsidir. Çalışacağam ki, bundan sonra da ali təhsilimi uğurla davam etdirim və gələcəkdə dövlətimizin, məzunu olduğum 82 nömrəli məktəbin adına layıq olum. Mənə zəhmət çəkən, təhsil verən bütün müəllimlərimə minnətdarlığımı bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.