Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Safmar Qrup” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin vətəndaş mövqeyiniz və siyasi mərdliyiniz, xarakterinizin möhkəmliyi və öz qüvvənizə inam həqiqi liderin parlaq cəhətləridir.

Öz ölkənizə səmimi sevgi və onun əsl mənafelərini qorumaq istəyiniz həmvətənlərinizin – Azərbaycan Respublikası vətəndaşlarının Sizə dərin hörmət və ehtiramını daha da artırır.

Doğma respublikanızın və onun əhalisinin rifahı naminə Sizə yeni zəfərlər, möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

“Safmar Qrup” Səhmdar Cəmiyyətinin prezidenti,

Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin