CƏMİYYƏT


Şagird: Tur-aksiyalar dünyagörüşümüzün daha da zənginləşməsi baxımından önəmlidir

Bakı, 11 noyabr, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran, Masallı, Astara rayonlarına yola düşürük. İlk dəfədir ki, bu rayonlarda olacağam. Çox həyəcanlıyam. Bu tur-aksiyada iştirak etmək biz şagirdlər üçün çox yaxşı fürsətdir, çünki görmədiyimiz yerləri görəcəyik, bölgələrimizin tarixi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə çoxlu məlumatlar əldə edəcəyik, eyni zamanda, dostlar qazanacağıq. İnanıram ki, bu səfər maraqlı və yaddaqalan olacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif şagirdi Əminə Allazova deyib.

Əminə Allazova maarifləndirici tur-aksiyanın məktəblilərin vətənpərvər böyüməsi, dünyagörüşünün daha da zənginləşməsi baxımından önəmli olduğunu qeyd edib. O, şagirdlər üçün bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.