ELM VƏ TƏHSİL


Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə müsabiqə elan edilir

Bakı, 15 sentyabr, AZƏRTAC

Təhsil İnstitutu şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə müsabiqə elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müvafiq mütəxəssislər Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırma aparır, əldə etdiyi nəticələrə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən təkliflər verir, tövsiyələr hazırlayır.

Tələblər:

-Təhsil sahəsində 3 ildən çox təcrübə;

-Təhsil siyasəti üzrə biliklər;

-Ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası, məktəbdaxili qiymətləndirmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə biliklər;

-Analitik təfəkkür və problem həlletmə bacarığı;

-Müvafiq kompüter proqramları üzrə bilik və bacarıqlar;

-Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus dili arzu olunandır);

-Əməkdaşlıq və komandada işləmək bacarığı;

-Yeniliyə və peşəkar inkişafa açıq;

-Təhsil sahəsində işləmək həvəsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən sentyabrın 30-dək CV-ni [email protected] elektron poçt ünvanına “Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.