REGİONLAR


Şagird və tələbələrə yol hərəkəti qaydaları aşılanır

Naxçıvan, 12 mart, AZƏRTAC

Muxtar respublikanın ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında şagird və tələbələrə təhlükəsiz davranış vərdişlərinin aşılanması diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının iştirakı ilə “Naxçıvan” Universitetində maarifləndirmə xarakterli görüşlərin keçirilməsi də bu məqsədə xidmət edir.

Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Yol hərəkəti qaydalarının təşkili” mövzusunda keçirilən növbəti maarifləndirici tədbirdə ali təhsil ocağının Pedaqoji fakültəsinin dekanı, dosent Nurlana Əliyeva çıxış edərək, bu mövzuda maarifləndirici söhbətlərin əhəmiyyətindən danışıb.

Nizamlanan və nizamlanmayan piyada keçidləri, işıqfordan istifadə qaydaları, yol hərəkəti qaydaları ilə bağlı tələbələrə ətraflı məlumat verən muxtar respublikanın Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Ayaz İsmayılov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı, piyadaların da məsuliyyəti nəzərdə tutulub. O vurğulayıb ki, yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalılar, həmçinin ali təhsil alan gənclərimiz digər vətəndaşlara nümunə olmalıdırlar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.