ELM VƏ TƏHSİL


Şagirdlər “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərdə iştirak ediblər

Bakı, 7 dekabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin başlanmasına həsr olunmuş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə Heydər Əliyevin xatirəsinə həsr edilmiş fotosərgiyə baxış keçirilib. Daha sonra YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.

Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Binəqədi rayon təşkilatının sədr müavini, 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova qonaqlara ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində xidmətləri barədə məlumat verib.

Sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusunda məruzəsi dinlənilib. O, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. H.Əsgərov dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi sayəsində digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.