REGİONLAR
Şagirdlər Qara Qarayevin ev-muzeyində konsert proqramı ilə çıxış ediblər
Xırdalan, 22 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi dahi bəstəkar Qara Qarayevin ev-muzeyində olub. Muzeylə tanışlıqdan əvvəl muzeyə xatirə hədiyyələri təqdim edilib.
Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov AZƏRTAC-a bildirib ki, muzeylə yaxından tanış olduqdan, dahi bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə etdikdən sonra, musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Konsertdə şagirdlərin ifasında klassik musiqi əsərləri ilə yanaşı, muğam və xalq mahnıları da səslənib.
Sonda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbəri Alla Bayramova musiqi məktəbinin kollektivinə uğurlar arzulayaraq onları digər ev-muzeylərində də konsert proqramları ilə çıxış etməyə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]