Şagirdlər Sumqayıtın Tarixi Muzeyinə ekskursiya ediblər
AzerTAg.az
Sumqayıt, 19 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Nizami Gəncəvi adına Kitabxananın nəzdində fəaliyyət göstərən “Rəsm” dərnəyinin rəhbəri Günel Aslanova şagirdləri ilə birgə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Sumqayıt şəhərinin Tarixi Muzeyinə ekskursiya ediblər. Tədbir Muzeydə “Açıq qapı” günü çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir, Muzeyin əməkdaşı şagirdlərə ekspozisiya zalında yerləşən Sumqayıt şəhərinin ərazisini əks etdirən maket, saxsı, mis qablardan ibarət guşə və şəhərin yaranması haqqında ətraflı məlumat verib.
Daha sonra şagirdlər Muzeyin ikinci mərtəbəsində böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, səhiyyə və mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında əks olunan məlumatlarla tanış olublar.
Şagirdlər Milli qəhrəmanlar haqqında guşəyə, şəhidlərə həsr olunan “Ulduz axını” abidəsinə də maraqla baxıblar.
Muzeyin direktoru Aygün Zülfüqarlının verdiyi məlumata görə, gün ərzində yüzlərlə vətəndaş ekspozisiya zalı ilə tanış olub.






Xəbərin mətnində orfoqrafik səhv var