MƏDƏNİYYƏT


Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Bakı, 22 fevral, AZƏRTAC

Yasamal rayonunda yerləşən fizika-riyaziyyat və informatika təmayüllü və 1 nömrəli Bakı Tibb Kollecin şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.

Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssüratlar yaradıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.