MƏDƏNİYYƏT
Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Bakı, 4 noyabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdlərinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, məktəblilər mərkəzin “Muzey” bölməsi ilə tanış olublar. Mərkəzin bələdçisi Mayrux Cavadova şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verib.
Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdləri ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı hazırladıqları kompozisiyanı təqdim ediblər və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Yasamal rayonu Vətən müharibəsi şəhidlərinin xatirəsini əks etdirən fotostendlə də tanış olublar.