ELM VƏ TƏHSİL


Şagirdlər arasında idman növləri üzrə açıq turnirlərə start verilib

Bakı, 29 iyun, AZƏRTAC

Şagirdlər arasında “Sağlam böyümək istəyirəm” devizi ilə sadə idman növləri üzrə açıq turnirlərə start verilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli “Ekologiya” liseyində dayaqlı vəziyyətdən qolların bükülüb-açılması, iplə tullanma, turnikdə dartınma, halqa fırlatma, 50 metr qaçış üzrə şagirdlər arasında turnir keçirilib.

Turnirdə Vətən müharibəsi qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 291 nömrəli “Ekologiya” liseyinin direktoru Arif Əsədov, müəllimlər və idmana həvəsi olan şagirdlər iştirak ediblər.

Sonda turnir iştirakçıları sertifikatlarla, hər növ üzrə I yeri tutan qaliblər isə diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.