CƏMİYYƏT


Şagirdlər narkotik vasitələrin zərərli təsiri barədə məlumatlandırılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Nəsimi rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiya üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon polis idarəsinin, rayon bələdiyyəsinin, rayon gənclər və idman idarəsinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.

Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri və digər məsələlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanıb.

Sonra narkomaniyanın fəsadlarına dair videoçarx nümayiş olunub, məktəbliləri maraqlandıran suallarla bağlı geniş müzakirələr aparılıb.

Sonda şagirdlərin narkomaniyanın fəsadlarına dair rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.