CƏMİYYƏT


Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir təşkil olunub

Bakı, 20 aprel, AZƏRTAC

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində paytaxtın 12 nömrəli tam orta məktəbində şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda məruzə ilə çıxış edərək, tütünçəkmənin acı nəticələri ilə bağlı rəsmi statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb.

Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.

L.Dadaşova bildirib ki, tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan yeniyetmələrin ictimai məkanlarda, evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə yaradır. Tədbirdə bir daha vurğulandı ki, ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaradır.

Sonda şagird və müəllim heyətini maraqlandıran suallar cavablandırılıb və onlara tütün məmulatlarından istifadənin acı nəticələri barədə İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.