ELM VƏ TƏHSİL


Şagirdlərdə riyaziyyat elminə maraq artırılır

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Bakı şəhəri 162 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov ölkəmizdə elmin, təhsilin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyib. Son illər AMEA-da bu istiqamətdə səmərəli tədbirlərin reallaşdırıldığını deyən alim, eyni zamanda, “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərdə riyazi dünyagörüşünün formalaşdırılmasından, onlarda riyaziyyat elminə marağın artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.

İnstitutun direktoru qeyd edib ki, gənclərin öz ana dilini və tarixini bilmələri onların mənəvi borcudur. Gənclər müasir şəraitdə riyaziyyat, informatika, ingilis dili üzrə bilik və bacarıqlarını artırmalıdırlar.

Professor Məmməd Bayramoğlu, dosent Vidadi Mirzəyev, məktəbin direktoru Sevinc Abbasova, müəllimləri Dünyamin Yəhyayev, Aygün İsgəndərova 162 nömrəli tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikir və təkliflərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.