ELM VƏ TƏHSİL


Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Bakı, 2 dekabr, AZƏRTAC

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az  portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyi şagird yerdəyişməsi prosesinin həyata keçirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir. Paytaxtımızda yerləşən ümumi təhsil müəssisələri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzi - 146-0, digər rayon və şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün isə Təhsil Nazirliyinin Çağrı Mərkəzi - 146-1 vətəndaşların xidmətindədir. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmi saytının “Virtual bələdçi” xidmətinə, vatsap nömrəsinə (+ 994 51 206 78 48), www.sy.edu.az  portalının əks əlaqə bölməsinə müraciət etmək olar.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 10-dan start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.