ELM VƏ TƏHSİL


Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

Bakı, 21 oktyabr, AZƏRTAC 

Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.

Xatırladaq ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 min 830 müraciət daxil olub. Onlardan 53 min 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğu isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina cavabı alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.