ELM VƏ TƏHSİL


Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı yerdəyişmə ilə əlaqəli sorğuların qəbulu müvəqqəti dayandırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.