ELM VƏ TƏHSİL


Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğu qəbulu müvəqqəti dayandırılacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış alternativ qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğu qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək dayandırılacaq. Bununla yanaşı, sentyabrın 15-dək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46173 müraciət daxil olub. Onlardan 42196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.