ELM VƏ TƏHSİL


Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də saat 18.00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, portalda mövcud sorğuların tamamlanması prosesi sentyabrın 15-i saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.