CƏMİYYƏT


“Sağlam həyat, sağlam gələcək” devizi altında maarifləndirici aksiya keçirilib

Bakı, 14 aprel, AZƏRTAC

Salyan Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə zərərli vərdişlərə, QİÇS-ə və narkomaniyaya qarşı mübarizə məqsədilə “Sağlam həyat, sağlam gələcək” devizi altında maarifləndirici aksiya keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, aksiya zamanı Salyan Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının əməkdaşları vətəndaşlara maarifləndirici broşürlər paylayıb, ictimai iaşə obyektlərində sağlam həyat tərzini təbliğ edən maarifləndirici bukletlər yapışdırıblar.

Salyan Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının əməkdaşları zərərli vərdişlərin və narkomaniyanın fəsadları barədə əhalini məlumatlandıraraq bildiriblər ki, zərərli vərdişlər və narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən zərərli vərdişlər və narkomaniya ilə mübarizə təkcə kampaniya xarakterli deyil, həm də davamlı siyasətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.