CƏMİYYƏT
“Sağlam həyat tərzinin düsturu” mövzusunda onlayn seminar keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzinin düsturu” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, diyetoloq-həkim Leyla Zülfüqarlı çıxışında karbohidratlar, stabil qidalanma və düzgün yuxu rejimi haqqında məlumat verib. Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğulayan mütəxəssis sağlam qidalanma ilə yanaşı, fiziki aktivliyin də əhəmiyyətli olduğunu bildirib.
Kiloya görə maye miqdarının hesablanma qaydasından bəhs edən Leyla Zülfüqarlı suyun insan orqanizminə müsbət təsirindən danışıb.
Seminarın sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]