İDMAN


Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi

Bakı, 29 noyabr, AZƏRTAC

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə regionlarda “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminara və veloyürüşlərə start verilib.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdə başlayan layihənin birinci günündə qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsinin əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.

Seminarda gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb.

Layihənin ikinci günündə seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Mingəçevirdə veloyürüş keçirilib.

Həmçinin layihə çərçivəsində Qusar, Lənkəran və Biləsuvarda da müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.