CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı və Sumqayıt məktəblilərinə qidalanma ilə əlaqədar məlumat verilib

Bakı, 7 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi paytaxtda və regionlarda “Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Layihə çərçivəsində növbəti tədbirlər paytaxtın Nəsimi rayonundakı 247 nömrəli və Sumqayıt şəhərindəki 22 nömrəli tam orta məktəblərdə keçirilib. Hər iki məktəbdə keçirilən görüş zamanı məktəbin şagird və müəllim heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları” mövzusunda videoçarxlar təqdim olunub. Agentliyin mütəxəssisləri “Səhər yeməyinin faydaları”, “Fastfudun zərərləri” və "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər" mövzularında təqdimatlarla çıxış ediblər.

Görüşün yekununda agentliyin əməkdaşları məktəbliləri maraqlandıran suallara cavab verib və şagirdlərə sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.