CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Şəki məktəbliləri ilə görüş keçirilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə təşkil edilən “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəblə, Şəki şəhəri 5 və 14 nömrəli tam orta məktəblərdə keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Tədbirlərdə şagirdlərə layihə haqqında məlumat verilib, müxtəlif maarifləndirici videoçarxlar nümayiş olunub.

Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihənin tədris ili ərzində bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.