CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Yasamal rayonundakı 18 nömrəli orta məktəbdə “Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçiriblər. Tədbir Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhər İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi məktəblilər arasında qida təhlükəsizliyi anlayışını təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi vərdişlərini aşılamaqdır.

Məktəblilərə əvvəlcə Agentliyin fəaliyyət istiqamətləri ilə əlaqədar məlumatlar verilib, “Qida zənciri”, “Mən qidayam” və “Artıq şəkərin ziyanları” mövzularında videoçarxlar təqdim olunub. Bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin əhəmiyyətindən danışılıb.

Agentliyin əməkdaşları tərəfindən “Beş addımda qida təhlükəsizliyi” mövzusunda təqdimat keçirilib.

Sonra “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “İlkin qida təhlükəsizliyi vərdişləri” və “Enerji içkilərinin fəsadları” kimi mövzularda fikir mübadiləsi aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Şagirdlərə sağlam qidalanma mövzusunda maarifləndirici materiallar paylanılıb.

Qeyd etmək lazımdır ki, ilin sonunadək paytaxtın 9 ümumtəhsil müəssisəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.