CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Samux, Yevlax və Göyçayda keçirilib

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirir. AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, növbəti görüşlər Samux rayonu F.Əliyev adına şəhər 2 nömrəli tam orta məktəb, Yevlax rayonu S.Əliyev adına 1 nömrəli tam orta məktəb və Göyçay rayonu 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, fəstfudun zərərləri, süd və süd məhsullarının faydaları, quduzluq və ondan qorunma yolları, qablaşdırma məhsullarının qidaya təsiri, enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, o cümlədən AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.