CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Şəki və Şamaxıda keçirilib

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri fevralın 13-də Şəki şəhəri 10 saylı tam orta məktəb, Şəki şəhəri fizika-riyaziyyat təmayülü lisey və Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə keçirilib.

Tədbirlərdə məktəblərin şagird və müəllim heyətlərinə təhlükəsiz qidalanma, enerji içkilərinin insan orqanizminə zərəri, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, məktəbli çantasının hazırlanması qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib, agentliyin hazırladığı videoçarxlar təqdim olunub. Sonda agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, bu il “Sağlam məktəbli” layihəsinin Bakı şəhərində 20, regionlarda isə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.