CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsinin ilk mərhələsi başa çatıb

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 26-da Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakının Nizami rayonundakı 10 nömrəli orta məktəbdə “Qida etiketləri”, “Məktəblinin sağlam qidalanması” və “Qida zəhərlənmələri” ilə bağlı təqdimatlarla çıxış ediblər. Bununla da layihənin ilk mərhələsi başa çatıb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə Qida Təhlükəsizliyi İnstitutu, agentliyin Bakı Şəhər İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Bu ilin oktyabr-dekabr aylarında paytaxtda fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilən layihəyə ümumilikdə üç mindən artıq müəllim və şagird kollektivi cəlb olunub. Sahənin mütəxəssisləri şagirdləri maraqlandıran nəzəri və praktiki təqdimatlarla çıxış ediblər. Bundan başqa maarifləndirici videoçarx və materiallar məktəblilərə təqdim olunub, onların qida təhlükəsizliyi ilə əlaqədar suallarına cavablar verilib.

Gələn il “Sağlam məktəbli” layihəsinin yeni formatda və daha geniş auditoriyanı cəlb etməklə respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.