CƏMİYYƏT


“Sağlam ürək, sağlam həyat!” şüarı altında veloyürüş keçiriləcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da “Dünya Ürək Günü” münasibətilə “Sağlam ürək, sağlam həyat!” şüarı altında veloyürüş keçiriləcək. Veloyürüş Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzi və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

RMDM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi sağlam həyat tərzi, eləcə də müxtəlif yaş qrupuna aid insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etməkdir. Veloyürüşdə rəsmi dövlət nümayəndələri, ictimai xadimlər, sığorta təşkilatlarının nümayəndələri, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyat olunmuş və kardioreabilitasiyadan keçmiş şəxslər həkimləri ilə birgə iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.