CƏMİYYƏT


“Sağlamlığa Xidmət” İctimai Birliyi regionlarda döş qəfəsi rentgeninin ödənişsiz müayinəsini təşkil edib

Bakı, 18 oktyabr, AZƏRTAC

“Sağlamlığa Xidmət” İctimai Birliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu publik hüquqi şəxslə əməkdaşlıq çərçivəsində, “sağlam xidmət göstər” şüarı altında Gəncədə, Quba, Qusar, Astara, Lənkəran, Masallı, Goranboy və Bərdə rayonlarının ucqar kəndlərində yaşayan əhali üçün ödənişsiz döş qəfəsinin rentgen müayinələrini təşkil edib.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, aksiya 29 sentyabr-16 oktyabr tarixləri arasında həyata keçirilib. Müayinələr Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilib. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kiloqram olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasıdır.

Cihazın eyni zamanda açıq havada istifadəsi və batareya ilə ardıcıl 100 nəfəri müayinə etmək xüsusiyyətinin olması onun ucqar kəndlərdə, elektrik olmayan ərazilərdə istifadəsi üçün böyük üstünlük verir.

29 sentyabr-2 oktyabr tarixlərində Qusar Rayon Mərkəzi Xəstəxanasında (RMX), Samur kənd həkim məntəqəsində, Quba RMX-da, Nügədi kəndində aparılan rentgen müayinələrinin sayı 371 olub.

6-9 oktyabr tarixlərində Astara RMX-da, Pəlikeş kənd həkim məntəqəsində, Lənkəran RMX-də, Mamusta kəndində, Masallı rayonunda ağciyərlərin səyyar rentgen müayinəsini aparan ictimai birlik və institut əməkdaşları 349 nəfərin müayinədən keçirilməsinə nail olublar. Aparatın süni intellekt avadanlığının təqdim etdiyi nəticə isə 58 nəfərin ağciyərlərində dəyişikliklər olduğunu qeyd edib.

Növbəti aksiya 13-16 oktyabr tarixlərində Gəncədə, Goranboy və Bərdə rayonlarında həyata keçirilib. Bu zonada isə rentgen müayinəsindən keçirilənlərin sayı 360 nəfər təşkil edib.

Ümumilikdə 1070 nəfər müayinədən keçirilib. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar RMX-də terapevtə və ya ftiziator müayinəsinə yönləndirilmiş, vərəm şübhəsi olan şəxslərdən isə aksiya zamanı müayinə üçün bakterioloji müayinə üçün nümunə toplanıb.

Dövlət və qeyri-dövlət sektorunun uğurlu əməkdaşlığı nəticəsində ən ucqar kəndlərdə yaşayan vətəndaşlar belə ödənişsiz müayinələrdən yararlanıblar.

Növbəti həftələrdə isə digər rayonlarda bu cür aksiyaların təşkil edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.