ELM VƏ TƏHSİL
Sağlamlığı ilə əlaqədar imtahanlarda iştirak edə bilməyən tələbəyə əlavə imkan yaradılacaq
Bakı, 15 yanvar, AZƏRTAC
COVID-19-a yoluxan tələbənin onlayn imtahana qoşulmaq imkanı varsa, sessiyada iştirak edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.
O bildirib ki, koronavirusa yoluxan tələbələr sağlamlığı ilə əlaqədar imtahanlara qoşula bilmirlərsə, onlara 4 həftə davam edəcək imtahan sessiyası müddətində əlavə imkan yaradılacaq.
Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.