CƏMİYYƏT


“Sağlamlıq-2019” forumu dünyanın 40 ölkəsindən olan 200-dən çox şirkəti Aşqabadda toplayacaq

Bakı, 22 iyun, AZƏRTAC

İyulun 20-22-də Türkmənistanda ölkənin səhiyyə və tibb sənayesi işçiləri gününə həsr edilmiş “Sağlamlıq-2019” beynəlxalq sərgi və elmi konfransı keçiriləcək.

AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, sərgidə dünyanın 40-dan artıq ölkəsini təmsil edən 200-dən çox şirkətin istehsal etdiyi ixtisaslaşdırılmış avadanlıq və müvafiq məhsulların nümunələri, dərman preparatları, həmçinin Türkmənistan səhiyyəsinin nailiyyətləri nümayiş etdiriləcək.

Konfransın işi müasir təbabətin inkişafının müxtəlif perspektiv istiqamətlərinə həsr olunmuş bölmələr üzrə keçiriləcək. Konfransda dünyanın müvafiq profilli 20-dən artıq ali məktəbinin tanınmış alimləri, professor-müəllim heyəti iştirak edəcək.

Forumda Türkmənistan Səhiyyə Nazirliyinin bir sıra xarici tibb müəssisələri və sahəvi nazirliklərlə tibb sahəsində əməkdaşlıq haqqında sənəd layihələrinin müzakirəsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.