CƏMİYYƏT


“Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində təxminən 3000 nəfərə tibbi xidmət göstərilib

Bakı, 15 iyul, AZƏRTAC

“Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində təxminən 3000 nəfərə tibbi xidmət göstərilib.

AZƏRTAC xəbər verir ki, bunu “Sağlamlıq Xəmsə”si layihəsinin Bərdədə keçirilən bağlanış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ötən müddət ərzində xüsusən qadınlara və uşaqlara səhiyyə xidmətləri göstərilib: “Həmçinin Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Ağdamdakı xəstəxanalara tibbi avadanlıqlar təqdim edilib. İkinci Qarabağ müharibəsi və yeni növ koronavirus pandemiyasının təsirlərinə məruz qalmış bu rayonlarda tibbi xidmətlərin əlçatanlığı olduqca vacibdir”.

Layihənin ucqar kəndlərdə icrası ilə bağlı danışan H.Harmancı qeyd edib ki, “Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində, vətəndaşlar üçün tibbi xidmətin əlçatanlığı 5 mobil klinika vasitəsilə 25 ucqar kənddə təmin edilir.

Qeyd edək ki, “Sağlamlıq Xəmsəsi” layihəsi BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyi ilə Vətən müharibəsi və COVID-19 pandemiyasının təsirinə daha çox məruz qalmış rayonlarda zəruri səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün təşkil edilib. Layihə Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarını əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.