MƏDƏNİYYƏT
Sağlamlıq imkanı məhdud xanımlar üçün müsabiqə keçirilir
Bakı, 9 sentyabr, AZƏRTAC
“Light for the World” beynəlxalq təşkilatı sağlamlıq imkanları məhdud olan xanımlar üçün “Onun bacarıqları” müsabiqəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd əlilliyi olan xanımların bacarıqları haqqında məlumat vermək, onların əldə etdikləri uğurları işıqlandırmaq, cəmiyyətdə onların barəsində olan ictimai fikri dəyişmək, özünü bərabərlik və mükəmməliyə həsr etmiş xanımlar arasında güclü şəbəkə yaratmaqdır.
Müsabiqədə iştirak edən xanımlar sağlamlıq, təhsil, hüquq, incəsənət, mədəniyyət və idman kateqoriyaları üzrə mükafatlandırılacaq. Qaliblərə sertifikat və mükafatlar veriləcək, eyni zamanda, “Light for the World” kommunikasiya komandası qaliblərin hekayələrini media və onlayn platformalar vasitəsilə yayaraq onların layihələrinin cəmiyyət tərəfindən daha çox tanınmasını təmin edəcək.
Müsabiqəyə qatılmaq üçün https://www.her-abilities-award.org/submit-nomination linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, müsabiqə 18 yaşdan yuxarı əlilliyi olan xanımlar arasında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]