Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83) 24-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 24. Xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsilin keyfiyyətinə nəzarət və təhsil alanların attestasiyası

24.1. Xüsusi təhsil müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunur.

24.2. Xüsusi təhsilin keyfiyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

24.3. Xüsusi təhsil müəssisəsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin