REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən bilik yarışmasına yekun vurulub

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar arasında “Gözəlləşən diyarım Naxçıvan” mövzusunda keçirilən müsabiqədə 20-yə yaxın uşaq iştirak edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təşkil edilən yarışma Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Oyunda iştirakçılar zehni və kiçik əl motorikasının inkişafı ilə bağlı müxtəlif tapşırıqları icra edib, verilmiş suallara düzgün cavab tapmağa çalışıblar.

Müsabiqənin sonunda bütün iştirakçılara oxunması zəruri olan kitablar hədiyyə olunub, qalib olan və fərqlənən uşaqlara diplom və fəxri fərmanlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.