ELM VƏ TƏHSİL


Sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində Novruz şənliyi keçirilib.

Şənlikdə Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının əməkdaşları və KİV-lərin nümayəndələri iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər əvvəlcə qonaqlar “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olunub. Novruz bayramının adət-ənənələrini əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.