REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqlar üçün ebru sənəti dərnəyində kurs təşkil edilib

Naxçıvan, 12 fevral, AZƏRTAC

Sağlamlıq imkanları məhdud 15 uşaq üçün Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 günlük Ebru sənəti dərnəyi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən məşğələdə uşaqlara dərnəyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yaradılan yeni innovativ dərnəklər sırasında Ebru sənəti dərnəyi də fəaliyyət göstərir. Həmin dərnək də zəruri avadanlıqlarla təchiz edilib.

Vurğulanıb ki, ebru sənəti incəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biridir. Mərkəzdə yaradılan Ebru dərnəyində şagirdlər rəssamlıqdan fərqli olaraq düşündüklərini və görmək istədiklərini əvvəlcə suyun üzərində rəngbərəng naxışlarla, rəsmlərlə çəkir, sonra isə kağızı suyun üzərinə qoymaqla rəsmləri olduğu kimi, kağızın üzərinə köçürürlər. Rəsmlər suyun üzərində necə varsa, elə də əks olunur.

Sonra dərnəyin rəhbəri tərəfindən uşaqlar üçün maraqlı əl işləri hazırlanıb.

Təşkil edilən kurslar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda bu sənət növünə həvəs yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.