CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün 57 layihə icra olunmaqdadır

Bakı, 13 oktyabr, AZƏRTAC

Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədilə 2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bu sahə üzrə ixtisaslaşmış 35 qeyri-hökumət təşkilatı arasında 57 layihə üzrə müqavilə imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu layihələr əsasında ölkəmizin ayrı-ayrı bölgələrində (Yevlax, Astara, Ağsu, Beyləqan, Yevlax, Lənkəran, Quba, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Balakən, İmişli, Şirvan, Qəbələ, İsmayıllı, Kürdəmir və s.) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Həmçinin layihələr çərçivəsində daun və autizm sindromlu, eləcə də eşitmə və nitq qabiliyyəti zəif olan, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.