REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqların Ağbulaqda istirahətləri təşkil olunub

Şahbuz, 31 iyul, AZƏRTAC

Sağlamlıq imkanları məhdud bir qrup uşağın sosial könüllülərin müşayiəti ilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, uşaqlar əvvəlcə mərkəzdə yaradılan şəraitlə tanış olub, onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. İstirahət müddətində uşaqlar Ağbulaq kəndini gəzib, təbiətin gözəllikləri ilə yerində tanış olublar. Burada olduqları vaxt ərzində, müvafiq kateqoriyadan olan uşaqlar sosial könüllülərlə birgə oxunması zəruri olan kitabları mütaliə edib, intellektual oyunlarda bilik və bacarıqlarını yoxlayıblar. Həmçinin vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayişi də təşkil olunub.

İstirahət uşaqlarda xoş ovqat yaradıb. Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, cəmiyyətə inteqrasiyaları məqsədilə müvafiq tədbirlərin icrası davam etdirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq kateqoriyadan olan uşaqlar üçün sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən əlamətdar günlərdə görüşlər, yaradıcılıq müsabiqələri və bilik yarışları keçirilir. Uşaqların Ağbulağa səfəri də bu çərçivədə reallaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.