REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqların Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub

Şahbuz, 5 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə növbəti tədbir 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə sağlamlıq imkanları məhdud uşaqların Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub. Burada onlar qoruğun İnformasiya Mərkəzini gəzib, təbiət gözəlliklərinə tamaşa ediblər. Ekskursiya zamanı tədbir iştirakçıları üçün çay süfrəsi təşkil olunub. Təbiət gəzintisi Nəbatat bağında davam etdirilib.

Qeyd edək ki, iyunun 5-də müvafiq kateqoriyadan olan uşaqlar üçün keçirilən distant dərslər və məşğələlər də təbiət mövzusuna həsr olunub. Sağlamlıq imkanları məhdud uşaqlar sözügedən mövzuda keçirilən dərslərdə fəal iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.