CƏMİYYƏT


“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində keçirilən tədbirlər yekunlaşıb

Bakı, 21 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifi və dəstəyi ilə xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi yekunlaşıb.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin həyata keçirdiyi dördgünlük missiya zamanı seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, habelə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilib.

Missiyanın sonunda TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanması müzakirə edilib. Görüşdə ilkin nəticələrin və müzakirələrin plenar təqdimatı keçirilib.

Tədbirdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva və struktur bölmə rəhbərləri iştirak ediblər.

İştirakçılar xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsinin təcrübə mübadiləsi və cari işlərin birgə təhlilinin təmin edilməsi baxımından ölkə üçün son dərəcə önəmli olduğunu bir daha qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.