DÜNYA


Sağlamlıq xidmətləri baxımından İstanbul dünyanın ən yaxşı beşinci şəhəri seçilib

İstanbul, 14 mart, AZƏRTAC

Dünyanın 45 şəhəri arasında aparılan araşdırmada sağlamlıq xidmətləri baxımından İstanbul ən yaxşı beşinci şəhər seçilib. Bundan əlavə İstanbul bu gün səhiyyə turizmi ilə bütün dünyada getdikcə məşhurlaşan şəhərdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım 14 mart - Tibb Bayramı münasibətilə İstanbulda keçirilən tədbirdə deyib.

B.Yıldırım qeyd edib ki, hər il ölkə üzrə dərman və tibbi avadanlıq üçün 25 milyard dollar xərclənir və bu vəsaitin 95 faizi ölkə xaricində ödənilir. Bu baxımdan Türkiyədə dərman və tibbi cihazların istehsalının inkişaf etdirilməsi vacibdir.

B.Yıldırım çıxışı zamanı ötən il İstanbul əhalisinin 60 min nəfər azaldığını da bildirib.

Tədbirdə İstanbul Sağlıq Müdiri, professor Kamal Memişoğlu, Bayrampaşa Bələdiyyə sədri və Bayrampaşa Bələdiyyə sədrliyinə namizəd Atilla Aydıner iştirak edib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.