MƏDƏNİYYƏT


“Şah və şair, yaxud hamı səni sevənlər burdadı” tamaşasının premyerası olmuşdur

Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış yazıçı Kamal Abdullanın “Hamı səni sevənlər burdadı” pyesi əsasında hazırlanmış “Şah və şair, yaxud hamı səni sevənlər burdadı” adlı yeni tamaşanın premyerası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, ikihissəli tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilmişdir.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Janrı ikihissəli xəyali oyun kimi təyin olunmuş tamaşada rolları əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Oqtay Mehdiyev, Vüsal Mustafayev ifa etmişlər.

Əsərdə iki zamanın – orta əsrlərin və müasir dövrün çulğaşması və bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olmuşdur. Tamaşa boyu dekorasiyalar, işıq effektlərinin dəyişməsi, musiqi və videoçarxlardan istifadə onu daha baxımlı və maraqlı etmişdir.

Əsərdəki hadisələr gerçəkliklə tarixin kəsişməsində baş verir. Bu tamaşa xəyali oyundur, burada yuxu estetikasından istifadə olunur.

Tamaşanın premyerasında tanınmış elm xadimləri, Milli Məclisin deputatları, sənətsevərlər iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.