REGİONLAR
Şahbuz Dövlət Təbiət Qoruğunda biotexniki tədbirlər görülür
Şahbuz, 14 fevral, AZƏRTAC
Şahbuz Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruq ərazisində vəhşi heyvanları qida ilə təmin etmək məqsədilə biotexniki tədbirlər görürlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun ucqar kəndlərində və dağlıq ərazilərində qarın hündürlüyü 60-70 santimetrə çatır. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində də qarın hündürlüyü 80 santimetr, bəzi ərazilərdə isə daha çoxdur. Torpaq sahəsinin və bitki örtüyünün qarla örtülməsi bir çox heyvanlar üçün yem əldə olunmasında çətinliklər yaradır. Bunu nəzərə alan qoruğun əməkdaşları biotexniki tədbirləri əsasən çöl heyvanlarının miqrasiya etdiyi ərazilərdə aparır. Həmin ərazilərə qaba yem və daş duz qoyulur.
Qeyd edək ki, Şahbuz Dövlət Təbiət Qoruğunda 300 növə yaxın quş və vəhşi heyvan qeydə alınıb. Aparılan biotexniki tədbirlər vəhşi faunanın qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]