REGİONLAR


Şahbuz bağlarında ilkin yaz becərmə və aqrotexniki tədbirlərə başlanılıb

Şahbuz, 13 fevral, AZƏRTAC

Havaların əlverişli keçməsindən istifadə edən Şahbuz rayonunun ictimaiyyət nümayəndələri yaşıllıq sahələrində ilkin yaz becərmə və aqrotexniki tədbirlərə başlayıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilk olaraq Naxçıvan-Batabat magistralının kənarlarında aparılan aqrotexniki tədbirlər zamanı ağacların dibləri boşaldılıb, gövdələri ağardılıb və üzvi gübrələr verilib.

Becərmə tədbirlərinin qarşıdakı günlərdə rayonun digər yaşayış məntəqələrindəki yol kənarlarında və yaşıllıq sahələrində davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, son illər Şahbuz rayonunda salınan 200 hektardan artıq yaşıllıq sahəsinin əksəriyyəti meyvə bağlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.