REGİONLAR


Şahbuz rayonunda növbəti dəfə dezinfeksiya tədbirləri görülüb

Şahbuz, 3 sentyabr, AZƏRTAC

Şahbuz rayonunda payız aylarında mövsümi xəstəliklərin qarşısının alınması üçün mövsümi dezinfeksiya tədbirlərinə başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dezinfeksiya tədbirləri Şahbuz şəhərində avtovağzal binası, ticarət mərkəzi və yanacaqdoldurma məntəqəsində, eyni zamanda, 1 və 2 nömrəli məktəblərdə, uşaq bağçasında aparılıb. Tədbir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilib. Dezinfeksiyada rayon baytarlıq idarəsinin avtomobilindən də istifadə olunub.

Qeyd edək ki, dərmanlama işləri rayonun digər yaşayış məntəqələrində, xüsusən məktəb binaları, xidmət sahələri, kənd mərkəzləri, həkim ambulatoriyaları, tibb məntəqələrində də aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.